AZ

Əsgərini muzeyə göndər Zaxarovadan bu liderə ironik cavab

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  Fransanın Ukraynaya silahlı qüvvələr yerləşdirməyə hazırlaşması ilə bağlı xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, Fransa Prezidenti Emmanuel Makrona ironik cavab verib.

“Yaxşı olardı ki, Makron bu əsgərlərdən ikisini mədəniyyət obyektlərinin mühafizəsi üçün göndərsin. Luvrdakı hadisə yenə təkrarlanmasın”, deyən diplomat sözügedən muzeydə daha əvvəl baş vermiş oğurluğa işarə edib.

Oktyabrın 28-də Xarici Kəşfiyyat Xidməti bildirib ki, Makronun göstərişi ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynaya göndərilmək üçün iki min əsgər hazırlayır. Onlar hazırda Polşanın Ukrayna ilə həmsərhəd ərazilərində yerləşdirilib, silah və texnika alırlar. Qoşunların yaxın günlərdə Ukraynanın mərkəzinə köçürülməsi planlaşdırılır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
globalinfo.az

1Mənbələr