ABŞ prezidenti Donald Tramp Yaponiya Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları üçün Amerika raketlərinin ilk partiyasının bu həftə Yaponiyaya çatacağını açıqlayıb.
Bakıvaxtı.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki,o, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin ABŞ-ın Yaponiyadakı hərbi bazasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Corc Vaşinqton təyyarədaşıyan gəmisi ilə bağlı çıxışı zamanı bildirib.
"Raketlərin ilk partiyası Yaponiya Hərbi Hava Qüvvələrinə onların F-35-ləri üçün təhvil veriləcək. Onlar bu həftə gələcəklər", - Tramp vurğulayıb.
Xatırladaq ki, Yaponiya ABŞ-nin xaricdəki ən böyük hərbi kontingentinə ev sahibliyi edir və orada 50 000 Amerika əsgəri yerləşdirilib. Amerika qoşunları İkinci Dünya Müharibəsinin sonundan bəri Yokosuka Hərbi Dəniz Bazasında yerləşdirilib.
Gülşən Şərif