AZ

Türkiyəli futbolçu ''Portu''ya qələbə qazandırdı

Dünən Portuqaliya çempionatında 9-cu turun son oyununda lider ''Portu'' ''Moreyrense''nin qonağı olub. Görüş ''əjdahalar'' üçün çətin alınıb. Amma komanda 18-ci dəqiqədə hesabda geri düşməsinə baxmayaraq qalib gəlməyi bacarıb.

"Football-plus.az" xəbər verir ki, qələbə qolunu Dəniz Gül vurub. 75-ci dəqiqədə oyuna daxil olan gənc türkiyəli forvard 89-cu dəqiqədə künc zərbəsi zamanı başla fərqlənərək komandasına mühüm qələbə qazandırıb. 9-cu turdan sonra xalını 25-ə yüksəldən ''Portu'' inamla liderliyini davam etdirib.

Son dönəmlərdə Türkiyə yığmasına da tez-tez dəvət olunan 21 yaşlı futbolçu bu mövsüm ''Portu''da 9 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Baş məşqçi Françesko Farioli matçın ardından bunları deyib:
''Dəniz Gül əla oyunçudu. Performansından məmnunam. Ona göstərdiyim etimada sona qədər layiqdi. Qarşıdakı oyunlarda daha çox oynayacaq. Bu çətin oyunda bizə qələbə qazandırdığı üçün çox sevincliyəm''.
İsveçdə doğulan və ''Hammarbü''nün yetirməsi olan istedadlı futbolçu indiyə qədər Türkiyə yığmasında 4 oyun keçirib və qol hesabını aça bilməyib.
Seçilən
3
1
football-plus.az

2Mənbələr