AZ

6 ton yük daşıya bilir: Yaponiyanın pilotsuz yük aparatı kosmosdadır

Yaponiya H3 raketi vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya (ISS) avadanlıq və materiallar çatdıracaq yeni pilotsuz kosmik yük aparatını uğurla orbitə çıxarıb.

Sherg.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, “HTV-X” adlı bu yeni nəsil aparat Tanegaşima Kosmik Mərkəzindən buraxılıb.

Yeni enerji sistemi ilə təchiz edilmiş “HTV-X” daşınma zamanı aşağı temperatur tələb edən elmi nümunələri daşımaq qabiliyyətinə də malikdir.

Cihazın 30 oktyabrda ISS-ə çatacağı, 6 ay boyunca stansiyaya qoşulu qalacağı, daha sonra isə 3 ay ərzində sınaq uçuşları aparmaq üçün orbitdə hərəkət edəcəyi gözlənilir.

Yaponiya Kosmik Tədqiqat Agentliyinin (JAXA) məlumatına görə, “HTV-X” aparatı öz sələfi “Kounotori” ilə müqayisədə 1,5 dəfə çox, yəni təxminən 6 ton yük daşıma gücünə malikdir.
Seçilən
63
1
sherg.az

2Mənbələr