“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Türkiyə Silahlı Qüvvələrinə çatıdırlacaq “Altay” tanklarını silah sistemləri ilə təmin edir.
MKE-dən “Poliqon”a bildirilib ki, xam poladdan hazır silah sisteminə qədər olan istehsal prosesi şirkətə bağlı zavodlarda türk mühəndislər tərəfindən həyata keçirilir.
Müasir döyüş meydanının bütün tələbləri nəzərə alınmaqla hazırlanan “Altay” tankının 120 mm, 55 kalibr əsas silah sistemi 7118 mm ümumi uzunluğa və 3103 kq ağırlığa sahibdir. NATO standartına uyğun sursatdan istifadə edən və 3000 metrə qədər effektiv atış məsafəsinə malik bu silah sistemi dəqiqədə 6 atəş aça bilir. Xüsusi ərintili poladdan istehsal olunan əsas silah sistemi çətin iqlim şəraitində də xidmət göstərmək qabiliyyətinə maikdir.
“Altay”a inteqrə olunan “Qülləyə Koaksial Köməkçi Silah Sistemi PMT 76/57T (7.62 mm)” pulemyotu da MKE mühəndislərinin orijinal dizaynına əsaslanır. Çanaqqalada dastan yazan “57-ci Alay”a ithafən adlandırılan bu silah sistemi yüksək dəqiqlik və üstün qabiliyyətləri ilə seçilir. Təxminən 12 kiloqram ağırlığında olan pulemyot dəqiqədə 950 atəş aça bilir.
40 ədəd sursat daşıma qabiliyyətinə malik “Altay”, döyüş meydanında müəyyən olunmuş hədəfləri MKE tərəfindən istehsal edilən 120 mm tank mərmiləri ilə vuracaq.
“Altay” tankı layihəsi çərçivəsində podratçı firma BMC-yə indiyə qədər MKE tərəfindən müxtəlif sayda əsas silah və koaksial köməkçi silah sistemləri çatdırılıb. Tanklara inteqrasiya ediləcək yüksək texnologiyalı silah sistemlərinin yalnız istehsalı və tədarükü deyil, həm də texniki dəstək prosesləri MKE tərəfindən aparılır.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */

