AZ

Ayılarla bacara bilmirlər: Ordudan yardım istədilər

Bu il Yaponiyada ən azı 10 nəfər ayı hücumlarının qurbanı olub. Bu rəqəm ölkə tarixində indiyədək qeydə alınan ən yüksək göstərici hesab olunur.
Sherg.az xəbər verir ki, artan hücumlar fonunda Akita prefekturasının qubernatoru Kenta Suzuki, “fəlakət səviyyəsinə çatmış vəziyyətə” nəzarət etmək məqsədilə Yaponiya Özünümüdafiə Qüvvələrini hərəkətə keçirməyə çağırıb.

Suzuki, müdafiə naziri Shinjiro Koizumiyə müraciətində bildirib:

“Vətəndaşlarımızın həyatı, Özünümüdafiə Qüvvələrinin köməyi olmadan qoruna bilməz.”
O əlavə edib ki, hücumlar adətən boyun və üz nahiyəsinə yönəlir:
“Vəziyyət həqiqətən də ağırdır.”

Qubernator Suzuki qeyd edib ki, ayılar artıq təkcə dağlıq ərazilərdə deyil, həm də şəhər mərkəzlərində görünür:
“Bütün bölgə əhalisinin gündəlik həyatının bu dərəcədə pozulması anormal bir haldır.”

Yaponiya Ətraf Mühit Nazirliyinin rəsmiləri bildiriblər ki, ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının əsas səbəbləri arasında iqlim dəyişiklikləri və kənd yerlərində əhalinin azalması dayanır.
Yeni ətraf mühit naziri Hirotaka Ishihara ötən həftəki açıqlamasında ayı hücumlarını “böyük və ciddi bir problem” kimi dəyərləndirib.
Nazir əlavə edib:
“Dövlət ovçularının hazırlanması və ayı populyasiyasının nəzarətdə saxlanılması da daxil olmaqla, müxtəlif tədbirləri gücləndirməyə qərarlıyıq.”

Seçilən
57
1
sherg.az

2Mənbələr