ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün hisslərimi anlatmaqda çətinlik çəkirəm. Çünki həm sevinc, həm kədər, həm qürur hissi yaşayıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Mübariz Şahmurovun həyat yoldaşı Dilşad Şahmurova deyib.
Dilşad Şahmurova qeyd edib ki, 33 illik həsrət bu gün sona çatdı:
"Kimin əziyyəti, zəhməti bu işdə varsa, öz təşəkkürümü bildirirəm. Dövlətimiz tərəfindən böyük addımlar atılıb itkin şəhidlərimizin tapılması üçün.
O, Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olub. Xocalı soyqırımında altı döyüşçü o boyda ordunun qabağına çıxdı, dik öndə durdular, heç nədən qorxmadılar".
Onun sözlərinə görə, hadisə baş verməzdən öncə iki gün öncə Mübariz öz dostuna zəng edib:
"Deyib ki, evə çatdır, mənim sağ qayıtmağımı gözləməsinlər, mən həyat yoldaşımı, uşaqlarımı Allaha əmanət edirəm. Ölümünü bilə-bilə onun dalınca getdi. Ona görə də şəhidimlə qürur duyuram".
Dilşad Şahmurova həyat yoldaşı Mübariz barədə təəssüratlarını da bölüşüb: "O çox gözəl insan, ailə başçısı olub. Gözəl ata, həyat yoldaşı idi. Ən əsası çox vətənpərvər vətəndaş idi. Onu ilk dəfə 20 Yanvar hadisələrində tanıdım ki, bir insan necə vətənpərvərdir".
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.