Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri öz mövqelərindən geri çəkilməyəcək və heç bir ərazini verməyəcək.
Busaat.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
“Ukrayna qoşunları əraziləri vermək üçün döyüş meydanında heç bir geri addım atmayacaq”, – Zelenski qeyd edib.
Zelenski jurnalistlərə verdiyi şərhdə Kiyevin yalnız cəbhə xəttində atəşkəsə hazır olduğunu da vurğulayıb.
Bir müddət əvvəl Qərb analitiki Kristofer Çivvis Ukraynanın ərazi güzəştlərinin nəticələrini dəyərləndirib. O, vurğulayıb ki, Donbasın verilməsi münaqişə üçün mümkün olan ən pis nəticə deyil.
Yeganə