AZ

İlon Mask yeni layihəsini təqdim etdi

Amerikalı iş adamı İlon Mask yeni layihəsi olan "Grokipedia" onlayn ensiklopediyasını təqdim edib.

Publika.az "The Washington Post"a istinadən xəbər verir ki, Mask yeni platformanın sivilizasiya üçün və kainatı anlamaq yolunda vacib addım olduğunu bildirib.

Məlumata görə, platformanın məzmunu "Grok" adlı süni intellekt tərəfindən təsdiqlənir. İstifadəçilər məzmunu birbaşa redaktə edə bilməsələr də, yanlış məlumatları aşkar etmək üçün təkliflər göndərə bilərlər.

Mask qeyd edib ki, il sonuna qədər "Grok"un "Wikipedia"dan məzmunçıxarmasını dayandırmasını hədəfləyirlər.

Seçilən
19
publika.az

1Mənbələr