AZ

“Müharibəyə girsək, ölkələri bombalayacağıq” – Tramp

“Birləşmiş Ştatlar hər hansı bir müharibədə iştirak etməkdən çəkinməyə üstünlük verərdi, lakin müharibəyə məcbur edilsəydi, asanlıqla qalib gələrdi”.

Busaat.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp qonşu Tokioda Kanagava prefekturasındakı Yokosuka Hərbi Dəniz Bazasında yerləşən USS Corc Vaşinqton nüvə təyyarədaşıyan gəmisində Amerika hərbçiləri qarşısında çıxışı zamanı deyib.

“Bundan sonra biz müharibədə iştirak etsək, heç kimin qalib gəlmədiyi kimi qalib gələcəyik. Bilirsiniz, müharibəyə girsək, ölkələri bombalayacağıq. Əlbəttə, müharibələrdə iştirak etməmək daha yaxşıdır – bu, daha yaxşıdır. Amma bilirsiniz, biz iştirak etsək, qalib gələcəyik”,-Tramp qeyd edib.

Tramp belə bir bəyanatın siyasi baxımdan düzgün olmadığını etiraf edib, lakin bundan sonra ABŞ-ın müdafiəsi ilə bağlı bütün məsələlərdə onların siyasi baxımdan düzgün olmayacaqlarını vurğulayıb.

Yeganə

 

Seçilən
18
busaat.az

1Mənbələr