AZ

“Dövlət Şurası” yaratmaq istəyən Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı yeni faktlar məlum olub. 

Onun Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. Həmin məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. Məktubda “Dövlət Şurası” üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və “qurum”a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi bildirilir. 

Maraqlıdır, Ramiz Mehdiyevi qanunsuz olaraq “Dövlət Şurası” yaratmağa cəhdinə görə hansı cəza gözləyir? 

Mövzu ilə bağlı hüquşünas Esmira Rzayeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, dövlət çevrilişi Azərbaycan Konstitusiyasına əsasən ən ağır cinayətlərdən sayılır: 

“Bu, Cinayət Məcəlləsində də qeyd olunub. Bəhs olunduğu kimi “Dövlət Şurası” yaratmaq Azərbaycan Konsitusiyasına və qanunvericiliyə ziddir. Yəni dövlət çevrilişi yolverilməzdir. Dövlət çevrilişi edərək hakimiyyəti qanunsuz yolla ələ almaq və belə bir “qurum” formalaşdırmaq cinayət tərkibi yaradır. Konstitusiyada açıq şəkildə göstərilib ki, dövlət çevrilişi edərək hakimiyyətə gəlmək dövlətə qarşı ən ağır cinayətdir”. 

O vurğulayıb ki, bu cinayətə görə də ən ağır cəza tətbiq edilir: 

“Bu, dövlətə xəyanət kimi də qiymətləndirilə bilər. Konkret olaraq Cinayət Məcəlləsinin 278.1 və 274-ci maddələrində bununla bağlı müddəalar öz əksini tapıb. Bu niyyətdə olan birini sözügedən maddələrin hər ikisinə əsasən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Hətta şəxs ömürlük azadlıqdan məhrumetmə ilə də cəzalandırıla bilər”. 

Elmir Mustafa 

“Cebheinfo.az”

Açar sözlər:

Ramiz Mehdiyev Dövlət Şurası cəza

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr