AZ

“Farandole des Cultures” Mədəniyyət festivalında Azərbaycan da təmsil olunub

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

FireLand Azərbaycanlılar Birliyi Brüsseldə keçirilən beynəlxalq mədəniyyət festivalı “Farandole des Cultures”də Azərbaycanı təmsil edib.

525.az xəbər verir ki,  ABM NOROC tərəfindən təşkil olunan və Belçika, Moldova, Gürcüstan, Ukrayna, Portuqaliya, Slovakiya, Rumıniya, Konqo Demokratik Respublikası və Azərbaycan icmalarını bir araya gələrək öz ölkələrinin mədəni irsini, mətbəxini, musiqi və milli rəqslərini təqdim etmişdir. 

Festival çərçivəsində ziyarətçilərə Azərbaycana aid müxtəlif mövzulu kitablar və broşürlər paylanıb, Azərbaycan mətbəxinin ləzzətli təamları, o cümlədən milli şərablar və müxtəlif növ Azərbaycan çayları təqdim olunub. Tədbirin ən yaddaqalan məqamlarından biri FireLand Azərbaycanlılar Birliyinin rəqs müəllimlərinin Azərbaycan xalq rəqslərini nümayiş etdirməsi olub. İştirakçılar milli rəqslərimizin ritm və zərifliyini böyük maraqla izləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
525.az

2Mənbələr