AZ

Papa XIV Leo-nun Türkiyə səfərinin proqramı açıqlandı

27-30 noyabr tarixlərində Türkiyəyə səfər edəcək katoliklərin ruhani lideri Papa XIV Leo ilə bağlı təfərrüatlar açıqlanıb.

Turkustan.az xəbər verir ki, Vatikanın paylaşdığı məlumata görə, Papa əvvəlcə Ankaraya, daha sonra İstanbula gedəcək. Roma Papası İstanbuldan Xristianlıq tarixində əlamətdar hadisə olan Birinci Nikeya Şurasının 1700-cü ildönümü mərasimlərində iştirak etmək üçün Nikeyaya gedəcək.

May ayında Katolik Kilsəsinin yeni ruhani lideri seçilən Papa XIV Leonun ilk xarici səfərini edəcəyi Türkiyə və Livan üçün proqramın təfərrüatları Vatikan Mətbuat İdarəsi tərəfindən paylaşılıb.

Vatikan Mətbuat İdarəsinin paylaşdığı proqrama görə, Papa noyabrın 27-də əvvəlcə paytaxt Ankarada rəsmi görüşlər keçirəcək, daha sonra axşam İstanbula gedəcək.

Roma Papası xristian tarixində mühüm yeri olan İznik Birinci Şurasının 1700-cü ildönümü mərasimlərində iştirak etmək üçün noyabrın 28-də İstanbuldan Nikeyaya gedəcək.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
1
turkustan.az

2Mənbələr