Şotlandiyanın "Seltik" komandası baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, bu barədə "keltlər"in rəsmi saytı məlumat yayıb.
Brendan Rocers postundan istefa verib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
Şimali irlandiyalı mütəxəssis Şotlandiya nəhənginə iki dönəm (2016-2019 və 2023-2025) rəhbərlik edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Şotlandiyanın digər nəhəngi “Reyncers”də də baş məşqçi ayrılığı reallaşıb. Komanda Danni Röla etibar olunub.
Mirağa