AZ

Kanada: ABŞ ilə dayandırılan danışıqlarda önəmli irəliləyiş əldə edilib

Kanada: ABŞ ilə dayandırılan danışıqlarda önəmli irəliləyiş əldə edilib

Kanada Baş naziri Mark Karni Ontario ştatı hökumətinin dərc etdiyi gömrük rüsumlarına qarşı reklam səbəbindən ABŞ Prezidenti Donald Tramp tərəfindən dayandırılan danışıqlarda ölkəsinin önəmli irəliləyiş əldə etdiyini bildirib.

Kanadaya aid CBC News xəbər verir ki, Karni Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 47-ci Cənub-Şərqi Asiya Millətləri Birliyi (ASEAN) Zirvəsində jurnalistlərin suallarını cavablandırıb.

Reklam səbəbindən dayandırılmış görüşlərdə Kanadanın önəmli irəliləyiş əldə etdiyini qeyd edən Karni bildirib: “Hər hansı mürəkkəb və yüksək riskli danışıqlarda gözlənilməz hadisələr baş verə bilər və belə hallarda sakit qalmaq vacibdir. Üzülməyin faydası yoxdur. Duyğular sizi çox irəli aparmaz”.

Karni Ontario hökumətinin dərc etdiyi reklamla bağlı konkret açıqlama verməsə də, danışıqları idarə edən mexanizmin mərkəzi hökumət olduğunu vurğulayıb.

Dayandırılmış görüşlərdən sonra Tramp ilə görüşmədiyini bildirən Karni hər zaman ABŞ Prezidenti ilə danışığa hazır olduğunu qeyd edib.

Tramp isə Kanadanın keçmiş ABŞ Prezidenti Ronald Reaqanın gömrük rüsumları ilə bağlı mənfi fikirlərini ehtiva edən saxta reklamdan istifadə etməsi səbəbindən bütün ticarət danışıqlarının dayandırıldığını açıqlamışdı.

ABŞ isə 1 avqustdan etibarən Kanada məhsullarına sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq etməyə başlamışdı.

Seçilən
25
afn.az

1Mənbələr