ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kollektivdə sağlam atmosferin formalaşması üçün rəhbərin əməkdaşlarına güvənməsi, eləcə də əməkdaşların öz rəhbərlərinə və bir-birinə etibar etməsi vacibdir. Bu qənaət 2024-cü ildə aparılan və bir milyondan çox iştirakçını əhatə edən tədqiqatların meta-təhlilində irəli sürülüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, işçilərin rifahını yaxşılaşdırmaq istəyən rəhbərlər adətən məsafədən iş, çevik qrafik və idman zalı abunəliyi kimi sosial paketlərə fokuslanır.
Alimlər işdə iki tip etibara, şəxslərarası və institusional etibara diqqət yetiriblər. Nəticədə hər iki etibar növünün sosial, psixoloji və müəyyən qədər də fiziki rifahla bağlı olduğu ortaya çıxıb.
Etibarı necə artırmaq olar?
Dürüst olun
Əməkdaşların şirkətə güvənməsi üçün onlara ədalətli yanaşmaq və baş verənlərdən xəbərdar etmək vacibdir. Respondentlərin yarısı şirkətdə nələrin baş verdiyini bilməməyin onlarda ən böyük stress mənbəyi olduğunu deyib.
Proqnozlaşdırıla bilən olun
İlon Maska heyran olunsa da, insanlar Uorren Baffet kimi illər boyu sözündə sabit insanlara daha çox güvənirlər.
“Əməkdaşlar sizin nə deyəcəyinizi və edəcəyinizi nə qədər asan təxmin edərsə, sizə etibar etmək bir o qədər rahat olar”, - məlumatda qeyd edilir.
İnsanlara güvənin
Tədqiqatlar göstərir ki, işçilərə daha çox etibar olunan şirkətlər daha yaxşı nəticə göstərirlər. Məsələn, hər dəfə işdən çıxarkən çantası yoxlanan əməkdaş şirkətə eyni səviyyədə bağlılıq göstərməyəcək.
Əməkdaşların bir-birinə etibarını gücləndirin
Bir-birinə güvənən işçilər daha səmərəli əməkdaşlıq edir, özlərini xoşbəxt hiss edir və iş yerlərini daha az tərk edirlər.
Ekspertlər bunun üçün əməkdaşların birgə layihələrdə işlədilməsini, uğurların ədalətli bölüşdürülməsini, müxtəlif bölmələrdən olan insanların eyni komandaya cəlb edilməsini və işdən kənarda ünsiyyət imkanlarının yaradılmasını tövsiyə edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.