AZ

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) xarici ölkədə çətin həyat şəraitində yaşayanvətəndaşlarımızın repatriasiyası, həmçinin onların hüquq vəazadlıqlarının təmin olunması məsələlərini daim diqqətdəsaxlayır.

Cari il oktyabrın 22-də 2-si qadın, 4-ü uşaq olmaqla, 6 nəfərAzərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasındanölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsman Aparatının əməkdaşları tərəfindən Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial XidmətlərAgentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmişrepatriantlarla görüş keçirilib. Görüş zamanı repatriantlarla bağlıhəyata keçirlən tibbi, sosial və psixoloji tədbirlər barədə məlumatalınıb, onların hüquqlarının təmin olunması vəziyyətiaraşdırılıb.

Görüşdə uşaqların psixoloji problemlərinin həlli və sosialadaptasiyası məqsədilə ixtisaslaşdırılmış psixoloji yardımaehtiyaclarının olduğu müəyyən edilib, bu barədə məlumat müəssisərəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı, repatriantlarıncəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarındanyararlanması istiqamətində tövsiyələr verilib.

Görüş çərçivəsində repatriantlara Müvəkkilin fəaliyyətistiqamətləri, hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlərbarədə geniş məlumat verilib.

Seçilən
45
5
az.trend.az

9Mənbələr