AZ

2026-cı ildə səyahət etmək üçün 25 unikal məkanın siyahısı açıqlanıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Nüfuzlu səyahət bələdçisi “Lonely Planet” gələn il ziyarət ediləcək 25 unikal məkanın siyahısını ehtiva edən “Səyahət üçün ən yaxşılar – 2026” kitabını nəşr edib.

AZƏRTAC xəbər verir ki, kitabda yeni “Lonely Planet Journeys” səyahət planlaşdırma xidmətindən istifadə edilərək yaradılan unikal marşrutlar toplusu da yer alır.

San-Paulodakı Liberdade məhəlləsi siyahıya birinci yeri tutub. Braziliyada Yaponiyadan kənarda yerləşən ən böyük yapon icması var. Liberdade həqiqətən də möcüzələr məkanıdır. Burada animasiyadan ilhamlanan küçə sənəti və Şərq bağı turistləri heyran edir. Həmçinin bu məhəllə Tokiodan kənarda ən yaxşı ramenlərdən bəzilərinə sahib olması ilə də tanınır.

Növbəti populyar məkan Meksikanın Mexiko şəhəridir. Tarix, yemək, mədəniyyət, incəsənət - bütün bunları piyada gəzməklə görmək mümkündür. Bugenvillea ilə örtülmüş Coyoacán, La Roma və La Condesa məhəllələri bu il “Lonely Planet”dən yüksək qiymət alıb.

Səyahət istiqamətləri siyahısına Şimali Dakota və Men ştatındakı (ABŞ) Teodor Ruzvelt Milli Parkı da daxildir. Men ştatının gözəlliyi həqiqətən unikaldır və orada yerləşən dörd milli park heyrətamizdir.

İrlandiyanın Tipperari şəhəri əsl gizli xəzinədir. Bu, həm də ölkənin ən böyük daxili qraflığıdır və bir çox insan Vəhşi Atlantik Yolu (sahil marşrutu) ilə gedərkən oradan keçir. Tipperari həqiqətən də ən gözəl və tayı-bərabəri olmayan avtomobil yollarından birinə malikdir.

Asiyada Phuket adası ən çox romantik ab-havası ilə tanınır, lakin indi getdikcə daha çox insan onu iş və səyahət yeri kimi kəşf edir. Bu Tailand kurortunun çimərlikləri, cəngəllikləri və sərin sahil həyat tərzi səyahətçiləri valeh edir.

Siyahıya, həmçinin Botsvana, Peru, Cənubi Koreya, Avstraliya, İspaniya, İtaliya, Tunis, Karib dənizi, Solomon adaları, Qvatemala, Şri-Lanka, Tacikistan və Özbəkistanın görməli yerləri də daxildir.

Seçilən
19
4
azertag.az

5Mənbələr