"Burada doğulmasam da, həmişə ata-baba yurdumuzun həsrəti ilə yaşamışam. Çox şadam ki, doğma Xocalımıza qovuşduq".
APA xəbər verir ki, bunu Xocalının Təzəbinə kəndinə köçən sakin Fərqanə Ülfətoğlu deyib.
"Artıq bu torpaqlara həyat gəldi. Biz bu torpaqlarda əbədi olaraq yaşayacağımıza tam əminik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz var olsun", deyə kənd sakini bildirib.