AZ

Tehranda ECO ölkələrinin daxili işlər nazirlərinin iclası keçirilir - FOTO

Tehranda İran prezidentinin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) daxili işlər nazirlərinin dördüncü iclası başlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Tədbirdə Azərbaycan, Türkiyə, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İranın nazirləri və yüksək səviyyəli nümayəndələri, həmçinin ECO-nun baş katibi, Oman daxili işlər naziri və İraq daxili işlər nazirinin müavini dəvətli qonaq qismində iştirak edirlər.

Gündəlikdə təhlükəsizlik, hüquq-mühafizə, polis, sərhəd və şəhər əməkdaşlığı məsələləri, eləcə də şəhərlər arasında əlaqələrin inkişafı var.

Seçilən
20
moderator.az

1Mənbələr