AZ

Kişi arvadını qətlə yetirib və cəsədi gizlətməyə çalışıb

Ajans.az Rusiya KİV-lərə istinadən xəbər verir ki,hadisə ailə münaqişəsi zəminində baş verib. İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, ailəvi mübahisə zamanı qadın ərini şam yeməyi bişirmədiyinə görə danlayıb. Qəzəblənən kişi arvadına bir neçə bıçaq zərbəsi endirib. Qadın hadisə yerində ölüb. Bəyanatda qeyd olunur ki, cinayətdən sonra kişi cəsədi və cinayət izlərini gizlətməyə çalışıb. Lakin bir neçə gün sonra etdiyi əmələ görə peşman olaraq polisə könüllü şəkildə təslim olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçiləcək. E1.ru portalının məlumatına görə, şübhəlinin Rafis Xuzin adlı şəxs olduğu bildirilir.

 

Seçilən
21
Ajans.az

1Mənbələr