
“Belarus və Rusiyanın Avropa ölkələrinə qarşı aqressiv niyyəti yoxdur. Minsk və Moskvaya gərginliyin artması lazım deyil”.
Missiya.Az “BelTA” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri qeyd edib ki, son vaxtlar Minsk və Moskva müxtəlif Avropa ölkələrinə hücumlar planlaşdırmaqda ittiham olunurlar.
"Mən uzun müddətdir prezidentəm və bu müddət ərzində eyni sözləri eşidirəm. Bu, tamamilə cəfəngiyyatdır. Bizim belə bir niyyətimiz yoxdur. Bizə nə Avropa, nə Paris, nə də London lazım deyil. Litva və Polşa, hətta Vilnüs və Varşava da lazım deyil. Onlara ehtiyacımız yoxdur. Bizə bu eskalasiya lazım deyil", - deyə siyasətçi vurğulayıb.
O həmçinin bidirib ki, Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi Avropa ölkələrinin hərəkətlərinə cavabdır və aqressiv addım sayıla bilməz.
"Artıq beş Avropa ölkəsi öz ərazilərində orta mənzilli raket komplekslərini yerləşdirmək niyyətini açıqlayıb. Bəs onlar niyə bizi qınayırlar? Deməli, bu silahların Belarusda yerləşdirilməsi regionda gərginliyin artmasına və hazırkı təhdidlərə cavabdan başqa bir şey deyil", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az