AZ

Bəşir Quliyev: Meyvə tərəvəzin təhlükəsiz və keyfiyyətli olması üçün bitkilər sağlam yetişdirilməlidir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kampaniya çərçivəsində təqdim olunan növbəti videoçarxda şuranın üzvü, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev meyvə-tərəvəz istehsalında təhlükəsiz və keyfiyyətli məhsul yetişdirməyin əsas meyarlarından danışıb.

O qeyd edib ki, meyvə və tərəvəzlərin təhlükəsiz və keyfiyyətli olması üçün bitkilər sağlam yetişdirilməli, torpaq düzgün qidalanmalı və vaxtında suvarılmalıdır: “İxrac məhsullarında etiketləmə və qablaşdırmanın idxalçı ölkələrin tələblərinə uyğun aparılması məhsulun izlənməsi və təhlükəsizliyinin təmininə xidmət edir”,

Bəşir Quliyevin sözlərinə görə, bu prinsiplərə əməl olunması ölkənin güclü qida təhlükəsizliyi sisteminin göstəricisidir. Bu isə sağlam məhsul, etibarlı bazar, artan ixrac və daha çox iqtisadi gəlir deməkdir.

Videoçarxla daha ətraflı link vasitəsilə tanış ola bilrsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
azertag.az

1Mənbələr