Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Əslən Xocalıdanam. Mübariz qardaşımızla birlikdə aeroport yolu istiqamətində postda xidmət edirdik".
Oxu.Az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəhid Mübariz Şahmurovun döyüş yoldaşı Nazim Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Mübarizlə birlikdə 21 nəfər Xocalı sakini ən ağır günlərində şəhəri qorumaq məqsədilə döyüşə yollanıblar:
"Allahdan onların hər birinə rəhmət diləyirəm. Onlar ən ağır günümüzdə ümid yerimiz, nicat yerimiz olub. Hər biri döyüşərək qəhrəmancasına şəhid olub".
Nazim Hüseynov Xocalı soyqırımında gördükləri barədə də danışıb:
"Xocalı qətliamı zamanı qəddarcasına öldürülmüş insanları yığan dörd nəfərdən biri mən olmuşam. Mübarizin döyüş yoldaşı Farizin Əsgəran körpüsünün yaxınlığından başı kəsilmiş cəsədini götürdük. Eləcə də həmin yerdə 21 Xocalı sakini vəhşicəsinə öldürülmüşdü, başları kəsilmiş, dəriləri soyulmuşdu. Qonşum Şəfa kişinin alın nahiyəsindən dərisi soyulmuşdu, oğlu Muradın gözləri tökülüb, dişləri çəkilmişdi. Nə deyə bilərik?! Allahın bu gününə şükür. Üzərindən 33 il keçməsinə baxmayaraq, Mübariz qardaşımızın nəşi tapıldı. Bu bizim üçün sevincdir. Artıq övladlarının, yoldaşının gözləri yoldan yığıldı".
Aygün Mirakif
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.