AZ

Niderland XİN rəhbəri Kiyevə səfər edib

Niderlandın xarici işlər naziri David van Vil Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə nazir özünün “X” platformasndakı səhifəsində paylaşım edib və ölkəsinin Ukraynanı Rusiya ilə davam edən mübarizədə dəstəkləməyə davam edəcəyini vurğulayıb.

“Rusiya hər gün Ukrayna xalqını terror edir. Günahsız insanlar qurban olur, ailələr işıq və qazsız qalır, hava isə getdikcə soyuyur”- nazir vurğulayıb.

O əlavə edib ki, bu gün Kiyevdə əsas mesajı Ukraynanın Rusiya təcavüzkarına qarşı mübarizədə tam dəstəkdir.

Qeyd edək ki, Niderland Ukraynanı aktiv dəstəkləyən dövlətlərdəndir. Belə ki, oktyabrın 13-də Niderlandlar Ukraynaya 200 milyon avro dəyərində dəstək paketi təqdim edib.

Bundan əvvəl, Niderland Ukraynanın kritik infrastrukturunun bərpası üçün 209,5 milyon avro maliyyə yardımı göstərmişdi.

Seçilən
21
apa.az

1Mənbələr