Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
Oktyabrın 21-22-də Çempionlar Liqasında liqa mərhələsinin 3-cü turunun oyunları keçirildi. Təəssüf ki, “Qarabağ”ın qələbə yürüşü dayandı və indi itkisiz irəliləyən yalnız 5 komanda var. Bunlar PSJ, “Bavariya”, “İnter”, “Arsenal” və “Real”dı. Turun oyunlarından danışarkən hədsiz yüksək məhsuldarlığı da vurğulamalıyıq. Çərşənbə axşanı yalnız Almatıda qolsuz heç-heçə qeydə alındı, qalan 8 oyunda isə 43 top vuruldu. Ertəsi daha 28 qol vuruldu və bununla da bir oyun günündə qol sayı (71) ilə bağlı rekord müəyyənləşdi. Əvvəlki rekord ötən mövsümün 5-ci turunda qeydə alınmış və bu mövsüm ilk turda təkralanmışdı. Hər iki halda 18 oyunda 67 qol vurulmuşdu.
“Barselona”nın “Olimpiakos”u qəbul etdiyi oyun Fermin Lopesin benefisinə çevrildi. O, ilk yarıda dubl etdi, 2-ci hissədə isə daha bir qol vurdu. Əslində Əl-Kaabi 54-cü dəqiqədə penaltidən fərqi azaldanda yunanlar bir qədər ümidlənmişdi. Sadəcə, 57-ci dəqiqədə Essenin meydandan qovulması onların bütün ümidlərini qırdı. Belədə “Barsa” asanlıqla fərqi darmadağın həddinə çatdırdı.
Girişdə vurğuladığımız kimi, çərşənbə axşamı yeganə qolsuz oyun Almatıda gerçəkləşdi. Baxmayaraq ki, həm “Kayrat”, həm də “Pafos” ÇL-də ilk qələbəsini qazanmaq istəyirdi. Meydan sahibləri artıq debütdə önəmli üstünlük qazandı – 4-cü dəqiqədə Korreya qovuldu. Faktiki Kipr yunanları oyunboyu azlıqda mübarizə apardı. Amma qonaqlar 1 xal qazana bildilər. Hətta 73-cü dəqiqədə top “Kayrat”ın qapısından da keçdi. Ancaq Draqomirin fərqləndiyi epizodda ofsayd var idi.
Mövsümün əvvəlindəki fiaskodan sonra tədricən özünə gələn “Atletiko” səfərdə “Arsenal”la qarşılaşdı. Oyuna yaxşı başlayan “topçular”ın erkən qoluna tir imkan vermədi. Hücumları davam etdirən meydan sahiblərindən Saka təkbətəki boşa verdi. Qonaqlar isə təhlükəli vəziyyətləri əsasən Alvaresin sayəsində yaradırdı. Argentinalı ulduz 2-ci hissənin əvvəlində tiri silkələdi. “Arsenal” isə standart vəziyyətdən sonra fərqləndi. Qabriel Raysın cərimə zərbəsindən asmasını başla tamamladı. 7 dəqiqə sonra Martinelli fərqi artırdı. Ardından Dyökereş səhnəyə çıxdı. O, cəmi üç dəqiqə aralığında iki qol vurmaqla “hindular”ın darmadağınına səbəbkar oldu.
“Bayer-04” – PSJ oyununda da “qol yağışı” yaşandı. Hesabı erkən açan parislilər 25-ci dəqiqədə penalti ilə cəzalandı. “Nöqtə”yə yaxınlaşan Qrimaldo gözəl imkanı qaçırsa da, 38-ci dəqiqədə Aleş Qarsiya növbəti penaltidən yararlana bildi. Hissənin sonuna az qalsa da, PSJ bu müddətdə üç qol vurdu. 2-ci hissədə də “aspirinlər”in “kötəklənməsi” davam etdi. Qonaqların üç qoluna meydan sahibləri bir qolla cavab verdi – 2:7.
“Vilyarreal” – MS oyunu da qonaqların qələbəsi ilə bitdi. Sadəcə, bu oyunda daha “abırlı” hesab qeydə alındı. Holann ilə Bernardo Silvanın ilk yarıda vurduğu qollar oyunun taleyini həll etdi. “Sarılar”ın baş məşqçisi Marselino dəyişikliklər hesabına nəsə etməyə çalışsa da, bu mümkün olmadı.
“Qarabağ”la “Çelsi”nin ardından “Nyukasl” da “Benfika”nı cəzalandırdı. Mourinyonun komandası “sağsağanlar”la oyunda da heç nə ilə yadda qalmadı. Premyer-liqa təmsilçisinin üç qolundan ikisini Barns, birini Qordon vurdu. Maraqlıdı ki, Mourinyo oyunboyu bir dəyişiklik gerçəkləşdirdi. “Benfika”nın oyunçularından yalnız Trubinə adamın yazığı gəlir. Ona görə ki, başqalarının meydanda nə ilə məşğul olduğunu anlamaq mümkün deyildi.
5-ci turda “Qarabağ”ı qəbul edəcək “Napoli” Eyndhovendə biabır oldu. Əslində ilk yarının axarı biabırçılıqdan xəbər vermirdi. Kontenin komandası hesabı açsa da, fasiləyə 1:2 geridə yollanmışdı. 54-cü dəqiqədə Man hesabı 3:1 etdi. Bəlkə yenə də heç-heçəyə ümid etmək olardı. Sadəcə, əlini gicgahına aparmaqla hakimə nəsə anlatmağa çalışan Lukkanın 76-cı dəqiqədə meydandan qovulması turinlilərin inadını qırdı. PSV qalan vaxt ərzində daha üç qol vurdu. Maktomineyin 86-cı dəqiqədəki qolu isə yüngül təsəllidən başqa bir şey deyildi.
“Yunion” “İnter”lə oyuna yetərincə yaxşı başladı. Oyunun əvvəlində Zommer (iki dəfə) və topu qapı xəttindən çıxaran müdafiəçi hesabın açılmasına imkan vermədi. Ancaq bir müddətdən sonra “neradzurra”nın təcrübəsi ön plana çıxdı və milanlılar fasiləyə iki top üstünlüklə yollandı. 2-ci hissədə də oyunun axarı dəyişmədi. Çalhanoğlunun penaltidən və Espozitonun oyun vəziyyətindən vurduğu qollar meydan sahiblərinin 0:4 hesablı darmadağınını rəsmiləşdirdi. Startda PSV üzərindəki parlaq qələbədən sonra Belçika çempionu ardıcıl ikinci oyunda 0:4 uduzdu.
2-ci turda Bakıda “Qarabağ”a uduzan “Kopenhagen” “Borussiya” ilə ev oyununda da məğlubiyyətlə barışdı. Dortmunduların heyətində Nmeça dubl etdi. “Kopenhagen” 1 xalla autsayderlər qrupundadı.
Barselona – Olimpiakos 6:1 (2:0)
Barselona (İspaniya): Şçensnı, Kunde (Martin, 75), Kubarsi, E.Qarsiya, Balde (Arauxo, 75), Kasado, Pedri (Bernal, 80), Yamal (Bardaqji, 75), Lopes, Fernandes (De Yonq, 59), Reşford.
Olimpiakos (Pirey, Yunanıstan): Solakis, Koştinya, Retsos, Pirola, Orteqa (Onyemaeçi, 53), Esse, D.Qarsiya, Martinş (Muzakitis, 46), Çikinyo (Nasimento, 31), Podense (Yaremçuk, 77), Əl-Kaabi (Taremi, 77).
Qollar: Lopes, 7 (1:0). Lopes, 39 (2:0). Əl-Kaabi, 54-p. (2:1). Yamal, 68-p. (3:1). Reşford, 74 (4:1). Lopes, 76 (5:1). Reşford, 79 (6:1).
Vərəqələr: Balde, 23. Esse, 35. D.Qarsiya, 39. Podense, 55 - sarı. Esse, 57 – qırmızı.
Hakim: Urs Şnider (İsveçrə).
21 oktyabr. Barselona. 46264 tamaşaçı.
Kayrat – Pafos 0:0
Kayrat (Almatı, Qazaxıstan): Anarbekov, Tapalov (Tuyakbayev, 46), Martınoviç, Sorokin, Mata, Arad (Rikardinyo, 90+2), Qleyzer (Zariya, 61), Mrınski, Qromıko (Kasabulat, 89), Jorjinyo, Satpayev.
Pafos (Cənubi Kipr): Neofitos, Pileas (Qoldar, 66), Luis, Lukassen, Bruno (Lanqa, 90), Şunyiç, Pepe (Sema, 79), Orşiç (Dimata, 79), Kina (Bassuamina, 76), Draqomir, Korreya.
Vərəqələr: Satpayev, 21. Arad, 40. Şunyiç, 80. Tuyakbayev, 82 - sarı. Korreya, 4 – qırmızı.
Hakim: Kris Kavana (İngiltərə).
21 oktyabr. Almatı. 16478 tamaşaçı.
Arsenal – Atletiko 4:0 (0:0)
Arsenal (London, İngiltərə): Rayya, Timber (Uayt, 83), Saliba, Qabriel (Moskera, 72), Lüis-Skelli, Subimendi (Nerqor, 72), Rays, Eze (Nvaneri, 72), Saka, Martinelli, Dyökereş (Merino, 83).
Atletiko (Madrid, İspaniya): Oblak, Hantsko, Ximenes (Ruceri, 63), Lyorente, Koke (Qallaher, 63), Barrios, Simeone (Almada, 72), Qonsales (Baena, 63), Alvares, Sörlot (Qrizmann, 72).
Qollar: Qabriel, 57 (1:0). Martinelli, 64 (2:0). Dyökereş, 67 (3:0). Dyökereş, 70 (4:0).
Vərəqələr: Ximenes, 33. Subimendi, 38. Le Norman, 75 – sarı.
Hakim: Davide Massa (İtaliya).
21 oktyabr. London. 59200 tamaşaçı.
Bayer-04 – PSJ 2:7 (1:4)
Bayer-04 (Leverkuzen, Almaniya): Flekken, Andrix, Bade, Tapsoba, E.Fernandes (Mensa, 81), A.Qarsiya, Qrimaldo, Artur, Eçeverri (Maza, 46), Poku (Ben-Seqir, 63), Kofane (Belosyan, 52).
PSJ (Fransa): Şevalye, Mendeş, Zabarnı, Paço, Hakimi, Vitinya, Zair-Emeri (Ncantu, 76), Due (L.Ernandes, 46), Barkolya (Mbay, 72), Kvaratsxeliya (Dembele, 63), Mayulu (Li Kan İn, 63).
Qollar: Paço, 7 (0:1). A.Qarsiya, 38-p. (1:1). Due, 41 (1:2). Kvaratsxeliya, 44 (1:3). Due, 45+3 (1:4). Mendeş, 50 (1:5). A.Qarsiya, 54 (2:5). Dembele, 66 (2:6). Vitinya, 90 (2:7).
Qrimaldo 25-ci dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
Vərəqələr: Zabarnı, 24. Eçeverri, 43. Tapsoba, 45+1 – sarı. Andrix, 31. Zabarnı, 37 – qırmızı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
21 oktyabr. Leverkuzen. 30210 tamaşaçı.
Vilyarreal – Mançester Siti 0:2 (0:2)
Vilyarreal (İspaniya): Junior, Mourinyo, Foyt, Veyqa, Pedrasa (Kardona, 46), Komesanya (Peres, 72), Parti, Geye (Parexo, 81), Byukenen (Moleyro, 66), Pepe, Mikautadze (Oluvaseyi, 66).
Mançester Siti (İngiltərə): Donnarumma, Qvardiol, Stouns, Diaş, Nunyeş, Lüis (Reynders, 73), B.Silva, Niko (Kovaçiç, 57), Dokyu (Bobb, 73), Savinyo (Marmuş, 86), Holann (Şerki, 86).
Qollar: Holann, 17 (0:1). B.Silva, 40 (0:2).
Vərəqələr: Pedrasa, 11. B.Silva, 22. Mourinyo, 45. Diaş, 65. Geye, 75. Moleyro, 85 – sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
21 oktyabr. Vilyarreal. 20539 tamaşaçı.
Nyukasl – Benfika 3:0 (1:0)
Nyukasl (İngiltərə): Poup, Trippyer, Tiav, Botman, Bern, Gimaraynş (Uillok, 90), Mayli, Remzi (Joelinton, 63), Merfi (Barns, 63), Qordon (Elanqa, 85), Voltemade (Osula, 85).
Benfika (Lissabon, Portuqaliya): Trubin, A.Silva, Otamendi, T.Araujo, Eursnes, Dediç (İvanoviç, 63), Barreneçea, Rios, Sudakov, Lukebakio, Pavlidis.
Qollar: Qordon, 32 (1:0). Barns, 70 (2:0). Barns, 83 (3:0).
Vərəqələr: Tiav, 17. Lukebakio, 45 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
21 oktyabr. Nyukasl. 52305 tamaşaçı.
PSV – Napoli 6:2 (2:1)
PSV (Eyndhoven, Niderland): Kovarj, Flaminqo, Shauten, Qasyorovski (Obispo, 46), Salah-Eddin (Dest, 84), Saybari (Vanner, 88), Mauro Junior, Verman, Man, Perişiç (Drioş, 84, Til (Pepi, 84).
Napoli (Neapol, İtaliya): Milinkoviç-Saviç, Spinatsola (Qutyerres, 58), Buoncorno, Beukema (Jezus, 58), Di Lorentso, Gilmor (Lanq, 58), Maktominey, De Bruyne (Elmas, 84), Zambo-Anqissa, Politano (Neres, 73), Lukka.
Qollar: Maktominey, 31 (0:1). Buoncorno, 35-öz qapısına (1:1). Saybari, 38 (2:1). Man, 54 (3:1). Man, 80 (4:1). Maktominey, 86 (4:2). Pepi, 87 (5:2). Drioş, 89 (6:2).
Vərəqələr: Qasyorovski, 28. Verman, 30. Spinatsola, 42. Saybari, 70. Drioş, 90 – sarı. Lukka, 76 – qırmızı.
Hakim: Daniel Zibert (Almaniya).
21 oktyabr. Eyndhoven. 34700 tamaşaçı.
Yunion – İnter 0:4 (0:2)
Yunion (Brüssel, Belçika): Sherpen, Makallister, Bercess, Leysen, Xalili, Zorqan (Shoofs, 84), Rasmussen (Giger, 61), Van de Perre, Nyanq, Devid (Rodriges, 61), Ayt-Əl-Hac (Floruç, 60).
İnter (Milan, İtaliya): Zommer, Bastoni (Dimarko, 59), De Vrey (Akanci, 46), Bissek, Auqusto, Dyumfris (Enrike), Zyelinski, Çalhanoğlu (Suçiç, 59), Frattezi, L.Martines (Bonni, 58), Espozito.
Qollar: Dumfris, 41 (0:1). L.Martines, 45+1 (0:2). Çalhanoğlu, 53-p. (0:3). Espozito, 76 (0:4).
Vərəqələr: De Vrey, 31. Shoofs, 88 – sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
21 oktyabr. Brüssel. 16632 tamaşaçı.
Kopenhagen – Borussiya D 2:4 (1:1)
Kopenhagen (Danimarka): Kotarski, Sudzuki, Pereyra, Hatsidiakos (Qarananqa, 75), Melinq (Lopes, 63), Larsson (Dadason, 75), Lerager, Klem (Zaqe, 81), Aşuri (Madsen, 81), Klasson, Mukoko.
Borussiya (Dortmund, Almaniya): Kobel, Bensebayni (Anselmino, 85), Şlotterbek, Anton, Svensson, Kouto (Ryuyerson, 62), Nmeça (Zabitser, 77), Cob Bellingem, Bayer (F.Silva, 62), Brandt (Çukvuemeka, 62), Girassi.
Qollar: Nmeça, 20 (0:1). Anton, 33-öz qapısına (1:1). Bensebayni, 61-p. (1:2). Nmeça, 76 (1:3). F.Silva, 87 (1:4). Dadason, 90 (2:4).
Vərəqələr: Lerager, 60. Bensebayni, 75. Zaqe, 89 – sarı.
Hakim: Danni Makkeli (Niderland).
21 oktyabr. Kopenhagen. 35058 tamaşaçı.
Oyundan sonra
Antonio Konte, “Napoli”nin baş məşqçisi: “Bu gün o qədər aqressiv deyildim. Növbəti dəfə pələnglərə təlim keçən adam kimi qamçı və oturacaq götürəcəm. Ötən mövsüm bizdə oynayanlar “artırmalı”, vahid komanda olmalıdı. Yenilər isə sakitliyi və təvazökarlığı qorumaqla kollektivə qaynayıb-qarışmalıdı. Ötən mövsüm heç bir şəxsi, eqoistik məqsədlər yox idi, yalnız Neapolun mənafeyi var idi. Neapolu və neapolluları aldatmaq olmaz”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Həqiqətən ağır oyun idi. Qoldan sonra rəqib “açıldı” və bizim üçün boş zonalar tapmaq asanlaşdı. Bu 3 xalı tam haqq etdik. Bu səviyyədə artıq maksimumu göstərmək lazımdı. Dyökereşin oyununa heyranam. Onu gətirmişik ki, qollar vursun. Özünə münasibətdə çox tələbkardı, ancaq biz onun komanda üçün etdiklərini də yüksək dəyərləndiririk”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “İlk yarını və ikinci yarıdakı bəzi epizodları təhlil etsək, bir neçə yaxşı vəziyyət yaratdıq. Ümumilikdə yaxşı oyun göstərdik. “Vilyarreal” top səviyyədə komandadı. Burda oynamağın necə çətin olduğunu bilirəm. Komandam yavaş-yavaş yaxşı formasına qayıdır”.
Faktlar
* “Atletiko” Dieqo Simeonenin dönəmində ilk dəfə 13 dəqiqə ərzində 4 qol buraxdı.
* ÇL çərçivəsində 6 dəfə İngiltərədə oynayan “Atletiko” bunların heç birində qələbə qazanmayıb (2 heç-heçə, 4 məğlubiyyət).
* ÇL-də “Barselona”ya rəqib olan komandaların oyunçuları 33 dəfə qovulub. Bu, turnirin rekordudu. Bu göstəricidə “Barsa”nın ən yaxın izləyiciləri hərəyə 29 və 28 dəfə say üstünlüyü qazanan “Real” ilə “Bavariya”dı.
* Joao Korreya ÇL-də yeni antirekord müəyyənləşdirdi. “Pafos”un müdafiəçisi “Kayrat”la oyunda Luis Matanın sifətinə ayaqla zərbə vurduğuna görə 4-cü dəqiqənin əvvəlində (3:03) meydandan qovuldu. Bu, ÇL tarixinin ən erkən “qırmızı”sıdı. Əvvəlki antirekord (3:59) Aleksandr Kuçerə məxsus idi.
* Fermin Lopes peşəkar karyerasında ilk dəfə het-trik etdi. “Barsa”nın yarımmüdafiəçisi 7, 38 və 76-cı dəqiqələrdə fərqləndi. Yarımmüdafiəçi həm də ÇL-in tarixinə “Barsa”nın heyətində het-trikə imza atan ilk ispan kimi düşdü.
* “Arsenal”ın İspaniya klubları üzərində qələbə seriyası 7 oyuna çatdı. “Topçular” cari turnirdə “Atletiko”ya qədər “Atletik”i (2:0) də, buna qədər isə “Sevilya” (iki dəfə), “Jirona” və “Real”ı (iki dəfə) məğlub etmişdi. “Arsenal” sentyabrda ÇL (ÇK) tarixinə İspaniyadan olan rəqiblər üzərində ardıcıl 6 qələbə qazanan ilk komanda kimi düşmüşdü, indi isə bu seriya 7-yə çatdı.
* “Napoli” avrokuboklarda ilk dəfə 6 qol buraxdı. Ümumiyyətlə, bu komanda sonuncu dəfə 6 qolu 1997-ci il dekabrın 21-də - “Sampdoriya” ilə A seriyasının oyununda (3:6) buraxmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta