ABŞ Konstitusiyasına 22-ci düzəliş üçüncü müddətə ölkə prezidenti seçilməsinə icazə vermir.
![]() |
| Bennon:“Tramp 3-cü müddətə hazırlaşır” |
“Mənə bunu etməyə icazə veriləcək. Mən bunu etməzdim. Məncə, bu, çox gözəldir. Bəli, çox gözəl olduğu üçün bunu istisna edərdim. Düşünürəm ki, insanların xoşuna gəlməyəcək. Bu, çox gözəldir.Bu, doğru olmazdı”,- Amerika lideri “Air Force One” prezident təyyarəsində jurnalistlərə deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Donald Trampın ilk prezidentliyi dövründə onun müşaviri olmuş Stiv Bennon “The Economist” nəşrinə müsahibəsində Ağ Evin indiki rəhbərinin 2028-ci ildə üçüncü dəfə ölkə prezidenti seçiləcəyini iddia edib.
Sahil İsgəndərov
AzVision.az
