Almaniya Kansleri Fridrix Mertz Türkiyəyə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Mertz arasında keçiriləcək görüşdə Türkiyə–Almaniya münasibətləri, Avropa İttifaqına üzvlük prosesi kimi əməkdaşlığı gücləndirəcək addımlar müzakirə olunacaq.
Prezident Ərdoğanın dəvəti ilə Mertzin 29–30 oktyabr tarixlərində Türkiyədə olacağı bildirilib.