AZ

Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq

Bakı. Trend:

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasprioritetlərindən biri səhiyyə sahəsidir. AzərbaycanRespublikasında son illər ərzində bu istiqamətdə aparılan davamlıislahatlar nəticəsində səhiyyə sisteminin institusional vəinfrastruktur əsasları gücləndirilmiş, icbari tibbi sığortamexanizminin tətbiqi genişləndirilmiş, müasir tibb müəssisələriistifadəyə verilmişdir. Aparılan islahatların əsas məqsədi hər birvətəndaşa keyfiyyətli, əlçatan və bərabər tibbi xidmətləringöstərilməsinin təmin edilməsidir.

Qeyd edilməlidir ki, səhiyyə sahəsinə dövlət tərəfindəngöstərilən qayğının nəticəsi olaraq, bu sahəyə dövlət büdcəsindənayrılan vəsaitlərin həcmi ildən ilə artmaqdadır. Belə ki, 2026-cıil üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 746 milyon manatmüəyyən edilmişdir. Bu 2024-cü il ilə müqayisədə 1 milyard 70milyon manat və ya 40 %, 2025-ci il ilə müqayisədə isə 227 milyonmanat və ya 6,4 % çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərclərimütləq ifadədə 2.3 milyard manat və ya 2.6 dəfə artmışdır.

2026-cı il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbaritibbi sığorta üzrə xərclər 2.6 milyard (73.2 %) manatproqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədəmütləq ifadədə 468 milyon manat və ya 21,7 %, 2025-ci ilingözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16,5 %çoxdur.

Bildirilməlidir ki, 2026-cı ildə icbari tibbi sığorta fondununxərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinindiversifikasiyası aparılmış, icbari tibbi sığorta haqları, dövlətbüdcəsindən ayrılan vəsait və Fondun əvvəlki illərdə formalaşmışehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təminedilmişdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də XidmətlərZərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərinmaliyyələşməsini genişləndirəcəkdir. Hazırda Agentlik XidmətlərZərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, ambulator şəraitdəresept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildəsığorta hesabına qarşılanması istiqamətində işlər aparır.

Qeyd edək ki, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrədərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinədaxil edilməsi nəzərdə tutulur. Dərman təminatının tənzimlənməsinədair bir sıra qərarlar qəbul edilib. Bu qərarlarla dərmanvasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi,onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarlarımüəyyənləşdirilib.

Seçilən
15
4
az.trend.az

10Mənbələr