ABŞ prezidenti Donald Tramp Yaponiyanın Yokosuka şəhərindəki ABŞ Hərbi Dəniz Bazasında USS Corc Vaşinqton təyyarədaşıyan gəmisində əsgərlər qarşısında çıxış edərkən həmişə admiral olmaq istədiyini deyib.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
“Düzünü desəm, mən həmişə admiral olmaq istəmişəm, ”, – deyə Amerika lideri zarafat edib.
Tramp qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri komandirləri ilə rəqabət aparsaydı, çətin ki, bu sahədə uğur qazana bilərdi.
Trampın prezident kimi Yaponiyaya sonuncu səfəri 2019-cu ildə G20 sammiti üçün olub. Bu səfər onun Ağ Evə qayıtdıqdan sonra ilk səfəridir.
Yeganə
 
                        