
Macarıstanın Baş naziri Viktor Orban Avropanın təhlükəsizlik məsələlərində və Ukrayna ilə bağlı sülh prosesində iştirak etmədiyini bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə Orban İtaliyaya rəsmi səfəri çərçivəsində “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Biz Ukraynadakı sülh prosesinə tam nəzarəti ruslara və amerikalılara vermişik. Təəssüf ki, Avropanın bu prosesdə heç bir rolu yoxdur”, – Orban qeyd edib.
Macarıstan hökumət başçısı əlavə edib ki, Avropa təhlükəsizlik modeli və Ukrayna ilə münasibətlərə dair müzakirələrdə də iştirak etmir.
Baş nazir, həmçinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. Onun sözlərinə görə, səfər zamanı Rusiya neftinə qarşı sanksiyalar məsələsi müzakirə olunacaq.
“Sanksiyalar bizim tərəfimizdən səhv addımdır. Macarıstan üçün hər zaman çıxış yolu tapmağa çalışacağıq”, – deyə Orban vurğulayıb.
Seyranə QuliyevaMissiya.Az