AZ

Mister Bin aktyor deyil dedi, tənqid olundu Video

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Əməkdar artist Coşqun Rəhimov aktyor Roven Atkinsonun canlandırdığı Mister Bin obrazını pisləyib. 

Axşam.az xəbər verir ki, o, Mister Bini aktyor hesab etmədiyini deyib.  

C.Rəhimovun "Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Ona aktyor demək olarsa... Eyni tiplidir, Mister Bindir. Onu onun canından çıxartmaq olmur. Çox sadə, bəsit bir vəziyyətdən gülüş yaradır. Buna aktyor demirlər. Tapılmış bir formanı tamaşaçıya təqdim edir. Onu aktyor kimi təqdim edə bilmərik" sözləri tənqid edilib.

Aktyor Türkay Cəfərli isə C.Rəhimovun bu fikirlərini tənqid edib:

"Axmaq vəziyyət, qurşaqdan aşağı "ayə, vayə" ilə hırıldatmaqdır. Axmaq olmayan vəziyyət isə düşdüyü duruma uyğun verəcəyi reaksiyadır. Vəziyyət komediyası. Roven Atkinson, sən aktyor deyilsənmiş".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
axsam.az

2Mənbələr