AZ

“Qarabağ” – “Çelsi” oyunu üçün biletlər nə vaxt satışa çıxır? – klub müjdə verdi

“Qarabağ” noyabrın 5-də Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində “Çelsi”ni qəbul edəcək. Bu o deməkdi ki, sonda “köhlən atlar”ı ilk “24-lük”də görmək üçün alışıb-yanan azərbaycanlı futbolsevərlər cəmi 8 gün sonra tarixi oyuna şahidlik edəcək.

Əlbəttə, London nəhəngi ilə oyun üçün biletlərin satışa çıxarılacağı tarixi öyrənməyə çalışan və bu məqsədlə gündə bir neçə dəfə Ağdam təmsilçisinin sosial şəbəkə hesablarını yoxlayan minlərlə azarkeş var.

“Football-plus.az” həmin şəxslərin marağını nəzərə alaraq klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə soğru ünvanladı. Məlum oldu ki, biletlərin sabah saat 15.00-da satışa çıxarılması planlaşdırılır. Bu barədə daha ətraflı məlumat klubun sosial şəbəkə hesablarında paylaşılacaq.

Xatırladaq ki, oyuna giriş 2-ci turda “Kopenhagen”ə qarşı görüşdə olduğu kimi yalnız QR-kod ilə mümkün olacaq.

KƏNAN BAHADIR

Seçilən
11
1
football-plus.az

2Mənbələr