
Ramiz Mehdiyevin villasında axtarış aparan müstəntiqlər elə bir şeylə qarşılaşdılar ki...
Barəsində 4 aylıq ev dustaqlığı cəzası seçilmiş Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub.Missiya.Az gununsesi.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev yaşadığı villada otaqların birini iclas salonu edib.
Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev, 50-60 nəfərin oturması üçün oturacaqlar da qoydurub. Görünür Mehdiyevin xəyal etdiyi "Dövlət şurası"nın üzvləri, yəni "çevriliş komandası"nın üzvləri ilə məhz burada müzakirələr aparırmiş.
Elcan
Missiya.Az