AZ

Orban Trampın "Rosneft" və "Lukoil"a qarşı sanksiyalarını "səhv qərar" adlandırdı…


Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı sanksiyalarını "səhv qərar" adlandırıb.

Macarıstan iqtisadiyyatının Rusiya neft və qazından çox asılı olduğunu vurğulayan Orban bu sanksiyaların ləğvi üçün Vaşinqtona gedəcəyini bildirib.

Orbanın sözlərinə görə, əgər Rusiya enerji təchizatı kəsilərsə, enerji qiymətləri "kəskin şəkildə yüksələcək" və ölkə ciddi təchizat çatışmazlığı ilə üzləşəcək.

Tramp əvvəllər sanksiyaların 21 noyabrda qüvvəyə minəcəyini və həmin tarixə qədər "Rosneft" və "Lukoil" ilə əlaqələrini kəsməyən hər hansı bir şirkətin ikinci dərəcəli sanksiyalara məruz qalacağını açıqlayıb.

TAHİR

Seçilən
10
baki-xeber.com

1Mənbələr