BAKI, 28 oktyabr. TELEQRAF
Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Konstitusiya Məhkəməsinə müraciət edərək üç siyasi partiyanı, o cümlədən keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkatı Konstitusiyaya zidd hesab etməyi xahiş etməyə qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə parlament sədri Şalva Papuaşvili brifinqdə bildirib.
“Hesab edirik ki, aşağıdakılar Konstitusiyaya zidd sayılmalıdır: Vahid Milli Hərəkat, “Dəyişikliklər üçün Koalisiya” və “Güclü Gürcüstan”, - o qeyd edib.
Papuaşvili deyib ki, hakim partiya müvafiq iddianı parlament prosedurlarından keçdikdən sonra Konstitusiya Məhkəməsinə təqdim edəcək.