AZ

Fərhad Hacıyev ona Azərbaycan vətəndaşlığı verilməməsindən ŞİKAYƏTÇİDİR

Hacıyev Fərhad Aslan oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. 09 dekabr, 1957-ci ildə anadan olduğunu bildirən şikayətçi deyir ki, 1999-cu ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Rostav şəhərinə köçüb:

"Rusiyaya köhnə SSSR-i pasportu ilə getmişəm. Orda işləmişəm və 2004-cü ildə mənə Rusiya vətəndaşlığı verilib.

Hal-hazırda səhhətimlə əlaqədar olaraq  Azərbaycana gəlmişəm və bir illik oturum almışam.

Ölkədə daimi yaşamağımla əlaqədar olaraq 2-3 dəfə Azərbaycan vətəndaşlığına müraciət etsəm də, mənə vətəndaşlıq verilməyib.

Məndə Azərbaycanda olan ərəfədə Gəncə şəhərində - N.Nərimanov küçəsi 94 nömrəli evdə qeydiyyatda olmuşam. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır və rəsmi nikahımız var. 

İki ayağım amputasiya olunub. Yenə də müraciət etdim, mənə 3-cü dəfə Azərbaycan Respublikasında, yəni öz vətənimdə qalmaq üçün oturum verdilər.

Mənə Azərbaycan vətəndaşlığı verilməsinə köməklik etməyinizi Sizdən xahiş edirəm".

Hurriyyet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq.

Seçilən
29
1
hurriyyet.az

2Mənbələr