BAKI, 28 oktyabr. TELEQRAF
Qazaxıstanın təhlükəsizlik xidmətləri Almatıda terror aktının qarşısını alıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Qurum bildirib ki, 2025-ci ilin sentyabrında Almatıda 5 xarici vətəndaş tərəfindən planlaşdırılan terror aktının qarşısı hazırlıq mərhələsində alınıb. Onların hamısı həbs edilib, araşdırma aparılır.
“Bundan başqa, cari ilin sentyabr-pktyabr aylarında terrorçuluğu təbliğ etməkdə şübhəli bilinən 8 Qazaxıstan vətəndaşı cinayət işi üzrə həbs edilib. Cinayət-Prosessual Məcəllənin 201-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq istintaqın gedişi ilə bağlı məlumatlar açıqlanmır”, - məlumatda deyilir.
Qeyd olunur ki, həmin dövrdə 6 nəfər terrorçu və ekstremist xarakterli cinayətlər törətdiklərinə görə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
İlin əvvəlindən analoji cinayətlərə görə 89 şəxs məsuliyyətə cəlb edilib ki, onlardan 6-sı əcnəbidir.