Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan dilində MBA proqramı çərçivəsində dinləyici-tələbələr üçün xüsusi dərs günü təşkil olunub.
Paralel.az xəbər verir ki , tədbirin qonaq spikeri Gənclər və İdman naziri Fərid Qayıbov olub.
Qonaq mühazirəsi zamanı nazir, liderlik, komanda işi və gənclərin cəmiyyətdə fəal vətəndaş mövqeyinin əhəmiyyəti kimi mövzulara toxunub.
Fərid Qayıbov idarəçilik və idman sahəsindəki zəngin təcrübəsini tələbələrlə bölüşüb, peşəkar inkişafla bağlı real nümunələr və dəyərli tövsiyələr təqdim edib.
Görüş interaktiv formatda keçib. Tələbələr nazirə suallar ünvanlayaraq şəxsi maraq və peşə yönümlü məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta