Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün Şamaxıda "Cəbrayıl"ı darmadağınla (3:0) mübarizədən kənarlaşdıran "Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyası bir qədər uzanıb.
Fanat.Az-ın hesablamalarına görə, 33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərlik etdiyi Bakı təmsilçisi artıq 20 oyundur ki, uduzmur.
Bu matçlardan 13-ü 2-ci, 6-sı 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib.
Xatırladaq ki, hazırda 16 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir.
Nihat