AZ

Elon Musk Wikipedia-nın öz neyron şəbəkəsi analoqunu - Grokipedia-nı işə saldı

Elon Musk-ın xAI şirkəti “Grokipedia” adlı yeni ensiklopedik platformanı istifadəyə verib.

QHT.az xəbər verir ki, saytda artıq 900 minə yaxın məqalə yerləşdirilib və interfeysi Vikipediyaya bənzəyir, lakin qaranlıq mövzudadır. Bəzi istifadəçilər səhifə yüklənmə problemlərindən şikayət ediblər. Layihə Maskın “solçu qərəzli” hesab etdiyi Vikipediyaya alternativ kimi nəzərdə tutulur. Business Insider yazır ki, saytda artıq fakt səhvləri mövcuddur. Grokipedia, xAI-nin Grok adlı süni intellekt çatbotu ilə bağlıdır. Mask iddia edir ki, gələcəkdə Grok səhvləri düzəldərək “insan biliklərini yenidən yaza biləcək”.

Bundan əvvəl NVIDIA şirkətinin rəhbəri İlon Maska DGX Spark adlı mini superkompüter hədiyyə etmişdi — bu cihaz 1 petaflop gücündə süni intellekt performansına malikdir.

 

R.İmanov

Seçilən
45
qht.az

1Mənbələr