AZ

“Söz verdilər, yerinə yetirmədilər” - Xalq artistinin xanımından şikayət

“Yaşar 2012-ci ildə vəfat edib, amma bu günə qədər nə nazirlik, nə Teatr Xadimləri İttifaqı, nə də Milli Məclisdə teatr və kino sahəsində fəaliyyət göstərən nümayəndələrdən bir dəfə də olsun zəng almışam”.

Bu sözləri “Yeni Sabah”a mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuri deyib.
O bildirib ki, oktyabrın 27-də mərhumun məzarını ziyarət edib və onunla uzun-uzadı söhbət edib: Marqarita pizza
“Danışmaq istədiyim hər şeyi onunla danışdım. Bayramları sevsəm də, sözün açığı, doğum günlərini qeyd etməyi sevmirəm. İnsan cavan olanda hər şeyə həvəsli olur, yaş artdıqca isə tamam başqa hisslər yaşayırıq.
Yaşarın vəfatından sonra doğum günü qeyd etməkdən tamamilə imtina etmişəm. Bir neçə dəfə qızlarımın və nəvəmin təkidi ilə harasa çıxmışıq, o da sırf onların israrı ilə olub”.
Rəhimə Nuri bildirib ki, gələn il mərhum aktyorun 75 illik yubileyi olacaq və bu hadisənin dövlət səviyyəsində qeyd olunacağına ümid edir:
“Bunu Mədəniyyət Nazirliyindən gözləyirəm. Amma etiraf edim ki, nazirliklə aram yoxdur. Onlara deyiləsi çox sözüm var, amma qəbula düşə bilmirəm. Elə işlər var ki, həyata keçirilməlidir, lakin hələ də icra olunmayıb. Söz versələr də, yerinə yetirməyiblər. 2026-cı ili səbrsizliklə gözləyirəm, görək, necə olacaq”.
Mərhum sənətkarın xanımı bildirib ki, Mədəniyyət Nazirliyindən təbrik almayıb:
“Sənət yoldaşlarının zəng etməməsini də normal qarşılayıram. Yalnız rəsmi tədbirlərdə birlikdə iştirak etmişik. Ona görə də bu məsələ mənə qəribə gəlmir. Özüm üçün heç nə gözləmirəm. Əsas odur ki, Yaşarın doğum və vəfat günlərində mənə ya zəng etsinlər, ya da yanımda olsunlar”.
O, noyabrın 25-də Yaşar Nurinin vəfatının ildönümünün yaxınlaşdığını da qeyd edib:
“Görək, bu dəfə necə olacaq. Düşünürəm ki, nazirlik bu məsələdə təşəbbüs göstərməlidir. Yaşar 2012-ci ildə vəfat edib, amma bu günə qədər nə nazirlik, nə Teatr Xadimləri İttifaqı, nə də Milli Məclisdə teatr və kino sahəsində fəaliyyət göstərən nümayəndələrdən bir dəfə də olsun zəng almışam”.

Seçilən
9
1
yenilik.az

2Mənbələr