AZ

Bolmart supermarketlər şəbəkəsi fəaliyyətini dayandırdı

BAKI, 28 oktyabr. TELEQRAF

Bolmart supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyyətini dayandırıb.

Teleqraf-ın məlumatına görə, alış-veriş üçün mağazaya üz tutan alıcılar qapıların bağlı olduğunu görüblər. Marketdən alıcılara artıq supermarketlər şəbəkəsinin işləmədiyi bildirilib.

Qeyd edək ki, Bolmart supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə aid olduğu iddia edilir.

Seçilən
56
11
teleqraf.com

10Mənbələr