AZ

Vyetnamda yağıntı rekordu qeydə alınıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vyetnamda bir gündə rekord miqdarda yağıntı qeydə alınıb.

Oxu.Az CNA agentliyinə istinadən xəbər verir ki, ölkənin mərkəzi hissəsindəki Hyue şəhərinə 1085 mm-dən 1700 mm-ə qədər yağıntı düşüb. Bununla da 1999-cu ildəki 990 mm yağıntı rekordu təzələnib.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, yaxın günlərdə ölkənin mərkəzi hissəsində güclü yağıntılar davam edəcək, daha 100-800 mm yağıntı gözlənilir.

Proqnoza görə, yağışlar oktyabrın 30-da gecədən ölkənin mərkəzindən şimala doğru keçəcək.

Xatırladaq ki, Vyetnamda ötən həftə başlayan leysan xarakterli yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Yaşayış məntəqələrinə ciddi ziyan dəyib, 8 600-dən çox insan təxliyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr