BAKI, 28 oktyabr. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov noyabrın 6-da Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya-ABŞ sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan liderinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ABŞ və region ölkələri arasında iqtisadi əlaqələrin inkişafı, təhlükəsizlik məsələləri və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Sərdar Berdiməhəmmədovu Ağ Evə dəvət etmişdi.