Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
Offsideplus.az xəbər verir ki, "Kəpəz" bu mərhələdə "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.
Gəncə təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
"İmişli" isə "Qaradağ Lökbatan"la qarşılaşıb. Bölgə klubu hesabda iki dəfə geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanıb.