BAKI, 28 oktyabr. TELEQRAF
“ABŞ-nin İrana hərbi müdaxilə ehtimalı həmişə mövcuddur və bunu inkar etmək mümkün deyil”.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Diplomat vurğulayıb ki, İran hələ də nüvə sazişində qalır və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlığını davam etdirəcək.
“ABŞ İsrail İslam Respublikasına zərbə vurmaq üçün heç bir addımdan çəkinməyib”, - İsmayıl Bəqayi deyib.
XİN-in rəsmi nümayəndəsi İranın nüvə proqramı ilə bağlı qeyd edib:
“2231 saylı qətnamədə bildirilir ki, 10 illik müddət başa çatdıqdan sonra İranla digər nüvə silahına malik olmayan ölkələr kimi davranılmalıdır. Bu qətnamə qüvvədə olduğu müddətdə İran əlavə edilmiş müddətli və könüllü öhdəlikləri qəbul etmişdi”.