AZ

İrəvandan Kremlə sərt mesaj: “Kifayət qədər xilaskarımız var”

“Rusiyanın bizə Ermənistanı necə xilas edəcəyimizi deməsinə icazə verməyəcəyik. 

Kifayət qədər xilaskarımız var, erməni xalqının Ermənistandan kənarda xilaskarlara ehtiyacı yoxdur”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Sarkis Xandanyan oktyabrın 28-də Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avronest) 12-ci plenar iclasında belə deyib.  “Ermənistanda biz də Moldova barəsində deyilən hibrid hücumlar baxımından nümunələr görürük”, - deyə o bildirib. O, Ermənistan Milli Məclisinin “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyanın şərhlərinə cavab olaraq Ermənistanda siyasi məhbusların olmadığını deyib. 

Xandanyan qeyd edib ki, 2018-ci ildən bəri Ermənistan korrupsiya və suverenliyinə təhdidlərdə güzəştə getməyib. Onun sözlərinə görə, vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında çox kövrək bir sülh yaranıb. 

Deputat əlavə edib ki, bu sülhün davamlı olması üçün hər şey edilməlidir. O, kommunikasiyaların açılması və “TRIPP” layihəsinin həyata keçirilməsinin təkcə Ermənistanı deyil, həm də Mərkəzi Asiyanı Avropa İttifaqı ilə yaxınlaşdıracağını bildirib. “Bu, regionda təhlükəsizliyin dəyərli təminatıdır”, - deyə Xandanyan vurğulayıb. 

Seçilən
19
cebheinfo.az

1Mənbələr