AZ

Aİ hava məkanının hər hansı şəkildə pozulmasına yol verməyəcək

Missiya.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) hava məkanının və ərazisinin hər hansı şəkildə pozulmasına yol verməyəcək.

Missiya.Az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Biz hava məkanımızın və ya ərazimizin heç bir şəkildə pozulmasını qəbul etməyəcəyik. Hazırlıq yol xəritəsinin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir”, — deyə o, Stokholmda keçirilən Şimal Şurası Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.

Fon der Leyen, Litva hava məkanının pozulmasını “təxribat və hibrid təhlükə” kimi qiymətləndirib və bu məsələdə Aİ-nin tam həmrəy olduğunu vurğulayıb.

Aİ Komissiyasının sədri həmçinin Ukraynaya dəstəyin davam etdiriləcəyini, Rusiyanın dondurulmuş aktivlərindən istifadə planının isə hüquqi baxımdan əsaslandırılmış təklif olduğunu qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
missiya.az

2Mənbələr