Türkiyə çempionatında növbəti məşqçi istefası baş vermək üzrədi.
"Football-plus.az" xəbər verir ki, debütant ''Gənclərbirliyi'' Hüseyin Eroğlu ilə yollarını ayirmağa hazırlaşır.
Ankara klubu ilk 5 turda xal toplaya bilməsə də, sonrakı 4 oyunda aktivinə 8 xal yazmış və hətta səfərdə ''Beşiktaş''ı da yenmişdi. Ancaq son turda ''Konyaspor''la ev oyununda bu seriya qırıldı (1:2). Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərliklə məşqçi arasında müqavilənin qarşılıqlı şəkildə ləğv olunması ilə bağlı razılıq əldə olunub. Hətta iddialara görə artıq yeni məşqçinin adı da bəllidi. Bu, Volkan Dəmirəldi. 44 yaşlı Dəmirəl bu gün son detalları razılaşdırmaq üçün Ankaraya yola düşəcək. Onunla birillik müqavilə imzalanacaq.
Son olaraq ötən mövsüm ''Bodrum''u çalışdıran Dəmirəl fevralın əvvəllərindən bu yana işsiz idi.
Hüseyin Eroğluya gəlincə, o, paytaxt təmsilçisinin başına ötən ilin dekabrın 28-də keçmişdi. Həmin vaxt komanda 13-cü pillədə idi. Amma Eroğlu ''Gənclər''i ikinci pilləyə yüksəldərək elitaya daşımağı bacarmışdı. Hazırda bu kollektiv 10 tura topladığı 8 xalla 15-ci pillədə qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta